Ru
18:11 / 13 May 2025

Dağıstanda polisə hücum edənlər terrorçulardır?

Dağıstanda polisə hücum edənlər terrorçulardır?
Eye

Mayın 5-də Mahaçqalada polis əməkdaşlarına hücum əvvəlcədən planlaşdırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsinin Teleqram kanalında məlumat verilib.

“İstintaqın məlumatına görə, 2024-cü ilin dekabrında respublikanın iki sakini Dağıstan Respublikası ərazisində terror aktları törətmək üçün terror qruplaşması yaradıblar”, - məlumatda deyilir.

Müstəntiqlər Rusiya Cinayət Məcəlləsinin 205.4-cü maddəsinin 1-ci hissəsi (terror təşkilatı yaratmaq və ona rəhbərlik) və Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (terror aktı) ilə cinayət işi açıblar.

Xatırladaq ki, mayın 5-də Mahaçqalada naməlum şəxslər yol polisi əməkdaşlarına atəş açıb. Daha sonra cinayətkarlar xidməti avtomobili oğurlayaraq qaçmağa cəhd ediblər, lakin təhlükəsizlik qüvvələri onları zərərsizləşdiriblər.

Zaur,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar