Sabah Salyan, Neftçala və Hacıqabul rayonlarında qaz təchizatı dayandırılacaq.
Bu barədə
Bakupost.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Əhali (Şorsulu)” ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE “Şorsulu QPS-Şorsulu kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə mayın 14-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 11 kəndində - Marışlı, Şorsulu, Seyidlər, Boranıkənd, Qızılağac, Sarvan, Dayıkənd, Alçalı, Bəydili, Seyidsadıqlı, Quyçu kəndlərində (ümumi 4 100 abonent), həmçinin, Neftçala rayonunun 11 kəndində - Qaçaq, Xolqaraqaşlı, Qırmızı, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd, Xəzərkənd (ümumilikdə 2 610 abonent) kəndlərində "Şorsulu" QPS-dən qidalanan "Əhali (Şorsulu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin, Hacıqabul rayonu Pirsaat qəsəbəsini təbii qazla təmin edən dş 160 mm-lik və dş 160 mm-lik PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Pirsaat qəsəbəsində (232 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Həmçinin Bakının Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının ləğv edilməsi məqsədi ilə bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılır. D. Bünyadzadə, Ə.Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bununla yanaşı, Sabunçu rayonu, Maştağa və Bilgəh qəsəbələrindəki orta təzyiqli yeraltı qaz kəmərində də təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən mayın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa və Bilgəh qəsəbələrində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatının (qocalar evi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.