Məşhur bloger Hasan Piker ABŞ hava limanı rəsmiləri tərəfindən siyasi baxışlarına görə saatlarla saxlanıldığını iddia edir.
Bakupost.az BBC News-a istinadən xəbər verir ki, "Twitch", "Instagram", "TikTok" və "X" platformalarında altı milyondan çox izləyicisi olan Piker, Fransadan Çikaqoya qayıdarkən saxlandığını bildirib.
Fələstinə dəstəyi və Donald Trampa qarşı tənqidləri ilə tanınan Piker, Yaxın Şərq və prezident haqqında fikirləri ilə bağlı sorğu-sual edildiyini deyib. O bildirib ki, ABŞ hökuməti müxalif səsləri qorxutmaqla susdurmağa çalışır.
Rəsmilər isə Pikerin fikirlərinə görə hədəf alınmadığını, yoxlamanın adi prosedur olduğunu bildiriblər.
Aysel,
BakuPost