Ru
16:41 / 13 May 2025

"Cennifer Lopez bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist ƏSƏBLƏŞDİ

"Cennifer Lopez bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist ƏSƏBLƏŞDİ
Eye

Əməkdar artist Elnarə Abdullayeva bəzi sənət adamlarının geyimini tənqid edib.

Bakupost.az axsam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Tarixin bir günü" verilişində danışıb. O, sənətçiləri Cennifer Lopeslə müqayisə edib:

"Musiqi də, yemək də qayıdacaq. Bir qayıtmayan vicdandır. Azərbaycanlılar vicdanlı, qeyrətlidirlər. Bu xanım bilir ki, birinin evini dağıdıb. Xanımlarda da birgəlik yoxdur. De ki, o filankəsin evini dağıdıb, o məkanımızda harasa girə bilməz. Çıxırlar ağızlarına gələni deyirlər, uşaqlar da bunların yolu ilə gedirlər. Soyunduqca, onlara artıq pul verirlər. Geri gedirik, daş dövrünə. Bu vicdansızlığı Allah götürməz. Dünya dağılmalıdır. Efirdə də ağızlarına gələni danışırlar. Sonra deyirlər mən danışıram. Nə deyim, günü-gündən lütlənin. Bunu bir az nizamında edin də. Sonra deyirlər Cennifer Lopez və ya başqası belə geyinir. Onlar azərbaycanlı müğənnilərdən yaxşı geyinirlər. Dünyanın harasında axmaq, gərəksiz, səviyyəsiz şey var camaatın əksəriyyəti, oxuyanlar onu götürürlər. Heç yaxşı şeyi nümunə götürən yoxdur".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar