Avropa ölkələri Ukraynada atəşkəs məsələsində irəliləyiş görməsə, Rusiyaya qarşı sanksiyaları genişləndirəcək.
Bakupost.az Qazeta.ru-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Yunanıstan baş naziri Kiriakos Mitsotakis ilə mətbuat konfransında deyib.
“Əgər Rusiya rəhbərliyi ötən həftə sonu birgə irəli sürdüyümüz təkliflərlə razılaşmasa, biz əlavə sanksiyaların tətbiqini dəstəkləyəcəyik,” – deyə Merts bəyan edib.
Almaniya kansleri qeyd edib ki, sanksiyalar digər sahələri də əhatə edəcək. Məsələn, enerji sektoru və maliyyə bazarı sanksiyalara əlavə edilə bilər.
Aysel,
BakuPost