Ru
16:24 / 02 Aprel 2024

Professor üçün 40 min pul yığıldı

4075
Xəbər verdiyimiz kimi, kirayə yaşadığı evdən küçəyə atılan professor Fazil Qaraoğlu üçün ianə toplanması davam edir.

Bakupost.az xəbər verir ki, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məsələ ilə bağlı yeni açıqlama verib.

Onun sözlərinə görə, artıq professor üçün yığılan vəsaitin məbləği 40 minə yaxınlaşır.
“Bu vaxta qədər 37962 manat məbləğində vəsait yığılıb. İanələr davam edir. Yardım etmək istəyənlər hələ çoxdur. Fazil bəy Yeni Yasamalda sosial binalarda (MİDA) 3 otaqlı mənzilə yerləşdirilib. Bu gün yır-yığış işləri gedir, narahat etmək istəmədim. Sabah baş çəkib sizə əlavə məlumat verəcəm”- deyə Ş.Xuduoğlu sosial şəbəkədə bildirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu alimin bir illik kirayə haqqını öz üzərinə götürüb.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər