Ru
19:29 / 05 İyun 2024

“Proses sönməyə doğru gedir” - İqbal Ağazadə

1579
“Güman edirəm ki, bu aksiyalar yüksəlişə deyil, enişə doğru gedir. Çünki siyasi institutlar bu prosesdə iştirak etmir. Ortada siyasi konsepsiyanın olmaması da göz önündədir. Bir pərakəndəlik, dağınıqlıq var. Bu aksiyalar da əhalini növbəti mərhələ üçün inandıra bilmədi”.

Bunu Bakupost.az -a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə Ermənistandakı siyasi prosesləri şərh edərkən deyib.

O, Ermənistanda keçirilən etiraz aksiyaları ilə hakimiyyəti dəyişməyin mümkün olmayacağını bildirib:

“Nə edəcəklər? Seçki keçirəcəklər. Kim gələcək? Bəlli deyil. Qalstanyan aksiyaları özünün təşkil etdiyini iddia edir. Amma əhali bilir ki, onun arxasında kim dayanıb. Ona görə də əhali bu prosesin arxasından çəkiləcək. Aydın xətt, xüsusilə ilk dönəmdə Tavuş istiqamətində delimitasiya və demarkasiyayla bağlı aydın təsəvvürlər, ortada siyasi konsepsiya olsaydı, əhali bəlkə də etimad göstərərdi. Amma əhalinin etimad göstərmədiyi proses sonda uğursuzluq və məğlubiyyətlə nəticələnir. Bu aksiyalar bəlli bir zaman çərçivəsində olacaq və yavaş-yavaş sönməyə doğru gedəcək. Bunun Ermənistanda ciddi təlatüm yaradacağı və yaxud da siyasi hakimiyyəti dəyişəcəyi ilə bağlı ümidlər hesab edirəm ki, çox aşağıdır”.

Vasif Əlihüseyn
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər