Ru
14:26 / 13 May 2024

Putin Patruşev və Şoyqunu niyə "xərclədi"? - ŞƏRH

2897
“Mənə elə gəlir ki, Rusiya Ukrayna siyasətiylə bağlı yeni addımlar ata bilər. Ona görə də yeni hökumətdə bu cür dəyişiklik edilib. Şoyqu hərbi əməliyyatları tək deyil, qərargah rəisi ilə birgə idarə edirdi. Amma qərargah rəisi öz vəzifəsində qalıb”.



Bunu Bakupost.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu Rusiyadakı yeni hökumət haqda danışarkən deyib.

O, Müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən uzaqlaşdırılmasının Ukraynadakı müharibənin nəticələriylə bağlı olmadığını bildirib:

“Bu da o deməkdir ki, Şoyqunun müdafiə naziri postundan uzaqlaşdırılması hərbi sahədəki uğursuzluğa görə deyil. Sadəcə olaraq, ola bilsin ki, Putin siyasətində müəyyən dəyişiklik edəcək. Müharibənin əsas tərəflərindən biri də Patruşevdir və Putin onu da dəyişdirib. Ola bilsin ki, Ukrayna müharibəsinin məsuliyyətini Patruşev və Şoyqunun üzərində qoyub indiki vəziyyətdən çıxsınlar”.

S.Cəlaloğlu Putinin iqtisadçı Andrey Belousovu müdafiə naziri təyin etməsini belə şərh edib:

“Ümumiyyətlə, dünyanın bir çox ölkələrində müdafiə nazirləri mülki şəxslərdir. Bu da əslinə baxsan, ordunu Avropa standartlarına uyğunlaşdırmaq məqsədi ilə edilir. Burda qeyri-adi bir şey görmürəm. Amma Belousov iqtisadiyyat sahəsində çox ciddi rol oynayan bir adamdır. Görünən budur ki, Putin onu ölkə və ordudakı iqtisadi vəziyyəti əlaqələndirmək üçün müdafiə naziri postuna təyin edib. Məncə, Rusiyanın Ukrayna müharibəsiylə bağlı mövqeyində müəyyən dəyişiklik olacaq”.



Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər