Ru
21:43 / 17 Mart 2023

Putinin həbsi üçün order verildi - Haaqa Məhkəməsindən şok qərar

9761
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün beynəlxalq order verib.


Bakupost.az BBC-yə istinadən xəbər verir ki, Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün də beynəlxalq order verilib.

Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.

Vladimir Putin səyahət məhbusuna çevrildi. Həbs orderinə görə, bundan belə Rusiya prezidenti Tacikistan və Venesuelaya belə gedə bilməyəcək.

Vəkil Sergey Qolubok deyib ki, Putin bu ölkələrdən birinə səfər edərsə, yerli hakimiyyət onu həbs etməli olacaq. Məhkəmə həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

BMT Baş Assambleyasının rəhbəri Haaqa məhkəməsinin həbs orderinə baxmayaraq, Putinlə görüşməyə hazırdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər