Ru
14:01 / 03 Oktyabr 2022

Putinin yanlış qərarının doğurduğu 4 nəticə - ŞƏRH

7346
"Putin Ukrayna ərazilərində "referendum"lar keçirməklə siyasi karyerasının və rus xalqının sonunu gətirdi".


Bunu Bakupost.az -a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı deyib.


Onun fikrincə, Putinə dəstək verən qüvvələrdən başqa dünyada heç kim bu referendomu tanımayacaq:





"Birincisi, Rusiyaya qarşı sanksiyalar daha da şiddətlənəcək. İkincisi, Putin "referendum"la rus xalqının, o cümlədən öz iqtidarının sonunu gətirdi. Üçüncüsü, Qərb dövlətlərindən, konkret olaraq ABŞ-dan Ukraynaya dəstək artacaq və istədiyi silahlar ona veriləcək. Ukraynanın NATO-ya üzv olub-olmamasını isə hələ zaman göstərəcək. Dördüncüsü, bundan sonra Ukrayna ilə Rusiya cəbhəsində çox ağır və şiddətli döyüşlər olacaq. Ukraynanın ərazi bütövlüyü təmin olunana qədər bu müharibə davam edəcək".


T.Qasımlı hesab edir ki, yaxın zamanlarda Ukrayna ilə bağlı xoş xəbərlər verilə bilər:


"Artıq mühüm əhəmiyyətli Liman şəhəri və bu istiqamətdə bir sıra yaşayış məntəqələri işğaldan azad olunub. Ona görə də bundan sonra Ukrayna cəbhəsində Rusiyanı yaxşı günlər gözləmir. Ukraynadan gələn qalibiyyət xəbərləri Putin iqtidarının sonunu gətirəcək".


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər