25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günüdür.
Bakupost.az xəbər verir ki, 1999-cu ildə BMT tərəfindən qadına qarşı fiziki zorakılığın qarşısının alınması məqsədilə 25 noyabr Qadına zorakılığına qarşı beynəlxalq mübarizə günü elan edilib. Ancaq 20022-ci ilin sonuna yaxınlaşdığımız bu günlərdə əldə edilən hesabatlara görə, dünyada hər saatda 5 qadın və ya qız uşağı öldürülür, hər üç qadından biri zorakılığa məruz qalır.
Birləşmiş Millətlər Təşkilatının Qadın Bölməsi (BMT Qadınlar) və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) hər saatda dərc etdiyi yeni hesabata görə, qadınlara və ya qızlara qarşı zorakılıq dünyanın hər yerində hər gün dəfələrlə baş verir. Yaşı 15 yaşdan yuxarı olan 640 milyondan çox qadın əri və sevgilisi tərəfindən zorakılığa məruz qalır, dünyada hər üç qadından biri fiziki və cinsi zorakılığa məruz qalır.
Lakin qadınlara qarşı zorakılıq bunlarla məhdudlaşmır. BMT-nin qadın hesabatlarına görə, qadınlar müxtəlif istiqamətlərdə zorakılığa məruz qalırlar; məişət zorakılığı, qadın qətli, cinsi zorakılıq, insan alveri, onlayn və ya rəqəmsal zorakılıq.
Azərbaycanda son illərdə qadın qətilləri və qadına qarşı cinsi fiziki zorakılıq hallarının artdığı müşahidə olunur. Ötən il ölkəmizdə 70 qadın öldürülüb, 24 qadın xəsarət alıb, 4 mindən çox qadınla bağlı isə döyülmə faktı qeydə alınıb.
Günel
BakuPost
Daimi olaraq kishiler gunahlandirilir; Azerbaycanda ;qadin nece olmalidir; sualini 80%-den yuxari qadin cavablandira bilmez. Bizde qadinlar {istisnaliqla} kitab oxumur, seriallar evlerini yixib.Maariflendirme yox derecesindedir, televzorlarda oz kefinde.