Avropa Liqasının Liqa mərhələsində Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında ilk matçını keçirir.
Bakupost.az xəbər verir ki, cim-bom Yunanıstan komandası PAOK-la üz-üzə gəlir.
***
"Qalatasaray" matçın 48-ci dəqiqəsində hesabda önə keçdi. PAOK-un futbolçusu Baba avtoqol müəllifi oldu: 1-0.
***
Görüşün 68-ci dəqiqəsində PAOK Konstanteliasın qolu ilə hesabı bərabərləşdirdi: 1-1.
***
75- ci dəqiqədə Yunus Akgünün vurduğu qolla "Qalatasaray" yenə önə çıxdı: 2:1
***
90+5 dəqiqədə Rikardi hesabı 3:1 etdi.