Ru
10:13 / 06 Dekabr 2021

Qalmaqallı nazir müavinindən təyinatı ilə bağlı açıqlama

3491
Gənclər və idman nazirinin yeni müavini Mariana Vasileva təyinatı barədə açıqlama verib.


Bakupost.az xəbər verir ki, Vasileva Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmasından böyük şərəf hissi keçirdiyini bildirib.


O, dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya bu etimada görə təşəkkürünü bildirib.


Vasileva Azərbaycana xidmət etməkdən və ölkədə idmanın inkişafı üçün çalışmaqdan qürur duyduğunu vurğulayıb:

"Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam"!

Qeyd edək ki, Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunub. O, yeni vəzifədə İsmayıl İsmayılovu əvəzləyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər