Ru
11:26 / 12 Noyabr 2022

Qardaşı Mirşahindən yazdı - Bəzən yandırıcı, ağrıdıcı olursan...

25285
Bu gün Mirşahinin 59 yaşı tamam olur. Bu münasibətlə qardaşı Rəşad Ağayev maraqlı bir yazı yazıb. Rəşad Ağayev bir müddət ANS telekanalında müxbir kimi çalışıb, sonradan tamam başqa bir sahədə fəaliyyətinin davam etdirib.


Bakupost.az Azərbaycan mətbuatında xüsusi dəsti-xətti, böyük xidmətləri olan Mirşahini təbrik edir və Rəşad Ağayevin “Bizim era - Mirşahinin vaxtı!” yazısını oxucularla bölüşür:




Sənə görə hamı respondentdir. Təsəvvürümə çox rahat gətirirəm ki, sən Allahla necə TƏMİZ SÖHBƏT edəcəksən! Hər iki dünyanın ən reytinqli söhbəti! Materiallarını kim kəsib-doğrayacaq bilmirəm, amma SIROYundan min dünyanın jurnalistikasına dərslik çıxarmaq olar. ŞİNELİNDƏN ÇIXANLARIN BƏZİLƏRİNİN SON DÖRD İLDƏ SƏNƏ QARŞI MÜNASİBƏTİ MƏNİ PƏJMÜRDƏ EDİR, bunu deyim. İçərilərində böyüyənləri də var, şişənləri də! Təəssüf! Ümumiyyətlə, üzünə gülüb, arxanca danışanların haqqında nə vaxtsa bomba kimi olmasa da, qumbara effektli bir yazı yazacam! Bunu sənə yox, özümə söz verirəm!

Adam altmışın bir addımlığında yerə daha yaxın olmalıdı. Sən isə daha yuxarı, göyə qalxırsan. Kəhkəşan təkcə bir cüt romantikin tamaşa yeri deyil. Oralar dua yeridir, həm də.

Əlində bu gün mikrofon tutan, “faktdan başqa fakt yoxdur, jurnalist onun rəsludur”, inancına canla-başla gedən jurnalistlərin qibləsi, dörd cəhəti belə, sən oldun!

Biri sənin acığına, digəri sənin xoşuna jurnalistikaya gəldi. Bəziləri o yolla hətta Şuşaya kimi qalxdı!

Fərqi yoxdur üzü, ya da arxası sənə tərəf olsun, adam, dövlət arxayındır ki, MirŞahin var! Dövlət bilir ki, hətta onun sərhədindən, pandemiya lələkli quş(qrip)-quşluğu ilə sənin üzərindən keçib, ona təhtid, təhlükə ola bilməz. Sərhədimizin sınır tellərinin altından sürünə-sürünə keçmək istəyən həşəratlar da sənin ŞAHİN GÖZÜNDƏN yayınmır! Bəzən yuxarıdan təkcə gözəlliklər görünmür! ŞAHİN caynaqlarının arası, elə ona görə də, düşmənin murdar qanı ilə doludur əzizim!

Bəzən bizim baltaların təkcə sapı özümüzdən olmur, dəmiri də, tiyəsi də özümüzünküdür! İçimiz də, çölümüz də ancaq özümüzü yandırır. Başqa özgə tapılmır!
Ətrafımda tanıdığım elə bir adam yoxdur ki, onun həyatından ən azı bir ilğım kimi keçməyəsən.
MirŞahin, onların həyatında nə qədər varsa, bax o, adamlar bir o qədər də xoşbəxt olublar!

Xoşbəxt adamlar isə heç nəyin hayında olmur! Bəzən xoşbəxtlik hər şeyin unudulduğu gündür. Bunu sən də yaxşı bilirsən!

Yaddan çıxmamış onu deyim ki, sən haminin xoşbəxt olmağını istəmisən!

ANTİBİOTİK ADAM, bəzən yandırıcı, ağrıdıcı olursan! Səndən sonra göbələklər çoxalır! Bu, normal nəticədir, göynətməlidir, qaşındırmalıdır onları! Amma sağalacaqlar, düzəkəcəklər! Hələ müalicə bitməyib. Onlar Dövlət Bayrağımızın bütün rənglərinə sənin kimi baxmağa məcbur olacaqlar. Qırmızısı MirŞahin qanı kimi, Göyü MirŞahinin əqidəsi kimi təmiz, Yaşılı MirŞahinin inançı, imanı kimi!

Dövlətimiz kimi dövlət yoxdur deyəcəklər, əgər, qədrini bilsələr!

Əks halda başqa qövmlərin çəkdiklərinin on qat artiğını çəkəcəklər! Sən bayraq işini davam elə. Yoxsa axmaqlar hər şeyi boz görəcəklər! Onlar üçün qaradan, bozdan başqa heç nə yoxdur!

Bilirəm, çoxları içində razılaşmayacaq. Amma sən olmasaydın, bəlkə də, televiziya jurnalistikamız, çoxdan boş A 4 formatlı ağ kağız kəfəninə bükülmüşdü. Diri-diri basdırılmışdı jurnalistika, bəlkə də! Sən diriləşdirdin, cücərtdin. Gör nə qədər fidan jurnakistlərimiz var: sinəsiaçıq yox, alnı, gözüaçıq. O jurnalistlərin sinələrinə taxdığı mikrofon (petliçka) yüz rüşvətxorun verə biləcəyi boyunbağıdan, min dəfə qiymətlidir. Onsuz da, sinədə özgə yükü olanda rahat nəfəs ala bilmir adam. Qoy həmişə rahat nəfəs alsın, REAL!

Nə vaxt evdə kitab oxumaq istədim, məndən qabaq kimsə artıq onu oxumuşdu. Ən yaxşı, uğurlu cümlənin altını qaraltmışdı (göyərtmişdi). Əslində, o MirŞahin xətti idi. O vaxtdan ancaq öz razılığı ilə MirŞahin həddini, xəttini aşmağa başqalarına icazə, ixtiyar verən insan!

Sən bu millətin mikroskopusan. Yox, MEQASKOPU! Səninlə hər hüceyrəsi aydın görünür bu xalqın. Ona görə də səndən başqa, jurnalistikada hamı molekulyar zərrəcik kimi görünür. Sən ANS-dən sonra döyüşün daha sonra haramıza yazıldığını göstərdin. DüzSən, ZirvəSən. Ona görə də sənin sinənə nəsə sancmaq istəyənləri qınama. Paxıllar da yuxarı qalxmaq istəyir. Hərəsinə onsuz da bir çox yaylaq, ƏTƏK vermisən. Uğurlar sənə və səni sevən dövlətə! Qoy hər iki tərəf heç vaxt yorulmasın.

Sən sərHƏDDsən! Sərhədlər isə, onu həşəratlar aşanda, keçəndə pozulmur! Narahat olma, həddini aşanlar, onsuz da adam deyil!

Sən obyektivsən, REALSAN!

Sən pisə sinə daşı, yaxşıya baş daşı oldun. Birini basdırdın, birini şərəf lövhəsi etdin.

Böyük müəllim! Sən təkcə saymağı yox, həm də adam yerinə qoymağı, görməməzliyi yox, görməyi, qulaqardına vurmamağı yox, qulaq asmağı, yeriməyi yox, yürüməyi, baxmağı yox, oxumağı, pozmağı yox, yazmağı, gəzməyi yox, dolanmağı, çökməyi yox, oturmağı öyrətdin!


Özün öz yolunsan, imam balası!
Azərbaycan üçün yaşa!

Şərhlər
  • İgid Teymurlu

    Gözəl yazıdır. Mir Şahin publisistikamızın bir İşçisidir, ancaq Birinci deyil!

  • Oxucu

    Mirşahinin ad günü münasibətilə Cəlal Əliyə Allahdan rəhmət diləyirəm.

  • Firidun Ağazadə

    Gözəl bir yazı! Layiqli Qardaş sözü...

  • Süleyman Seyidli

    Rəşad göyə çıxıb yerə ensə də bu yazını yaza bilməz. Bu dəsti xətt elə Mir Şahinin özünündür. Binəva eşitmək istədiklərini indi özü yazır

  • raul mahmud

    Allah akademik Celal Eliyeve min-min rehmet etsin.

  • t.ədalət

    Bu yazı qədər,bəlkə də heç nə Mirşahini bu qədər aşağılaya bilməzdi.Təəssüf edirəm ki,hələ də millətə,xalqa xidmətlə pula-yəni,hakimiyyətin tapşırıqlarına xidmət etməyin fərqinə vara bilməyənlər var.Mirşahinin yaradıcılığı jurnalistika yox,mədhiyyə və qazanc üçündür.Küləkli havada dəniz sahilini döycələyən,küləkdən sonra isə sakitləşib yox olan dalğalar kimi, Mirşahinin də çıxışları yaddaşlarda yurd sala bilmir.Bir seyid kimi Mirşahin cəddini qoruya bilmədi.Axı,seyidlər alnan,qalnan bir arada ola bilməzlər.Nə isə.Mirşahinə yüz ildən artıq ömür arzsu ilə.

  • Tamaşaçı

    QARDAŞININ ADİNDAN ÖZÜN-ÖZÜNƏ NƏ QƏDƏR REAL OLMAYAN TƏRİFLƏR YAZSAN DA TƏMİZ SÖHBƏT BUDUR Kİ HAMI -FƏHLƏDƏN AKADEMİKƏ QƏDƏR- SƏNİ DƏQİQ TANIYIR AY RƏŞADIN QARDAŞI

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər