Ru
14:07 / 12 Avqust 2022

Qazax müğənni “Gəl ey səhər”i oxudu - VİDEO

1853
Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qazaxıstan tanınmış gənc müğənnisi Yernar Sadırbayev (Əmre) Polad Bülbüloğlunun məşhur “Gəl ey səhər” mahnısını ifa edib.


Bakupost.az xəbər verir ki, bu əlamətdar gün münasibəti ilə hazırlanmış videoçarxda iki qardaş ölkənin ən gözəl məkanları təqdim olunur.




Y.Sadırbayev 12 yanvar 1995-ci il tarixində Nur-Sultanda dünyaya göz açıb. O, Jurqenov adına Qazax Milli İncəsənət Akademiyasının məzunudur. Pop-classic, Pop, R&В, Latino və digər üslublarda çıxış edir. O, “Delfi Oyunları – 2011”, “Boztorqay” və “Torağay” müsabiqələrdə çıxış edib, Milanda keçirilən “Ekspo” sərgisində iştirak edib və “Yeni Dalğa” müsabiqəsində “Qazaxıstanın Səsi” qrupunun üzvü olub. Y.Sadırbayev bir çox beynəlxalq müsabiqələrin laureatıdır.



Qeyd edək ki, Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi avqustun 27-də qeyd edilir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər