Ru
21:03 / 18 Noyabr 2026

Qazaxda dəhşətli yol qəzası: ata, qızı və bacısı oğlu vəfat etdi

Qazaxda dəhşətli yol qəzası: ata, qızı və bacısı oğlu vəfat etdi
Eye

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.


"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

"Tofaş" və "Opel" maşının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.

Qəzada ölənlər Sənan Dəgahquliyev (1994), onun övladı G.Dərgahquliyeva və bacısı oğlu M. Mehdili (2018) vəfat edib.

Hadisə nəticəsində xəsarət alan və ağır vəziyyətdə xəstəxanaya aparılan 1979-cu il təvəllüdlü İttifaq İkram oğlu Müssədinov yolda həyatını itirib.

Digər yaralı Türkan Mahir qızı Dərgahquliyevanın vəziyyəti isə ağır qiymətləndirilir.

Yaralı Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda isə bildirilir ki, bu gün saat 19:30-da Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi, 99-RU-835 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobillə Sənan Hüseyn oğlu Dərgahquliyevin idarə etdiyi, 10-NB-330 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü və "Tofaş" markalı avtomobilin iki azyaşlı sərnişini həyatını itirib. Həmin avtomobildə olan qadın sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar