Qazaxıstan BRİKS-ə üzv olmaq məsələsini nəzərdən keçirmir.
Bakupost.az xəbər verir ki, bunu Qazaxıstan prezidentinin müşaviri və sözçüsü Berik Uali deyib.
“Qazaxıstan yaxın gələcəkdə üzvlük məsələsinin müzakirəsinin çoxmərhələli prosesi ilə yanaşı, bu qurumun inkişaf perspektivləri ilə bağlı digər məsələləri də nəzərə alaraq, BRİKS-ə üzvlük üçün ərizə verməkdən çəkinəcək”, - ölkə rəsmisi vurğulayıb.