Ru
22:58 / 08 May 2024

“Qəbələ”nin yeniyetmə futbolçuları Gəncədə döyüldü

1111
Bu gün futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz” - "Qəbələ” matçında xoşagəlməz hadisə baş verib.

Bakupost.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüb.

İnsidentə səbəb isə matç zamanı "Qəbələ” futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatandan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum çəkib. İnsident zamanı "Qəbələ”nin futbolçularından Ş.R və Ə.G ciddi xəsarət alıblar.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər