Rusiyanın Suriyadakı Döyüşən Tərəfləri Barışıq Mərkəzi ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri tərəfindən Suriya hava məkanının 18 dəfə pozulduğunu qeydə alıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mərkəzin Hava Desant Qüvvələrinin rəis müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk bildirib.
“Əl-Tanf bölgəsində koalisiya aviasiyası tərəfindən bir gündə Suriya Ərəb Respublikasının hava məkanından istifadə qaydalarının 18 dəfə pozulması qeydə alınıb: bir cüt F-15 qırıcısı (dörd dəfə), bir cüt F/A-18 qırıcılar (iki dəfə) və bir cüt A-10 hücum təyyarəsi (üç dəfə)," - İqnasyuk bildirib.
Onun sözlərinə görə, son 24 saat ərzində pilotsuz uçuş aparatlarının uçuşları ilə bağlı 9 dekabr 2019-cu il tarixli münaqişənin aradan qaldırılması protokollarının koalisiya tərəfindən pozulması ilə bağlı iki faktı qeydə alıb.
Zaur, BakuPost