Dünya bazarında qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 4 024,22 dollara düşüb.
“Bakupost” xəbər verir ki, ucuzlaşmaya ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz siyasəti ilə bağlı gözləntilər təsir göstərib. İnvestorlar qurumun gələcək qərarları ilə yanaşı, ABŞ-də açıqlanacaq inflyasiya məlumatlarını da gözləyirlər.
Bazar iştirakçıları dekabrda faizlərin artırılması ehtimalını 83% qiymətləndirirlər. Faizlərin yüksəlməsi gəlir gətirməyən qızılın investorlar üçün cəlbediciliyini azaldır.
Gümüşün qiyməti 2,3%, platinin qiyməti 1,8%, palladiumun qiyməti isə 0,5% ucuzlaşıb.
Vüsalə Hüseynova,
BakuPost