Dünya bazarında qızılın qiyməti 0,6 faiz ucuzlaşaraq bir unsiya üçün 3 997,39 dollara enib. Dekabr fyuçersləri də 0,6 faiz azalaraq 4 007,80 dollar olub.
“Bakupost” xəbər verir ki, ABŞ-də güclü inflyasiya göstəriciləri və neftin bahalaşması FES-in dekabrda faiz dərəcələrini artıracağı gözləntilərini gücləndirib. Bazar iştirakçıları bu ehtimalı 75 faiz qiymətləndirirlər. Yüksək faizlər gəlir gətirməyən qızılı investorlar üçün daha az cəlbedici edir.
Digər qiymətli metallar da ucuzlaşıb. Gümüş 2,1 faiz, platin 1,9 faiz, palladium isə 2 faiz dəyər itirib.
Vüsalə Hüseynova,
BakuPost