Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:23 / 15 Mart 2024

Qızılın bahalaşmasının 2 səbəbi... - ŞƏRH

4221
“Son günlər dünya bazarlarında qızılın qiymətində bahalaşma müşahidə olunur. Bunun 2 əsas səbəbi var. Birinci səbəb ABŞ və digər ölkələrin mərkəzi banklarının uçot dərəcəsini aşağı salacağı ilə bağlı gözləntilərdir. Bu halda sərbəst vəsaitlər artacaq və bunun bir hissəsi də qızılın alışına yönələcək. Bu gözləntilər fonunda investorlar gələcəkdə satmaq üçün indidən qızıl alırlar. Ona görə də qiymət qalxır".




Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, qızılın bahalaşmasının ikinci səbəbi dünya iqtisadiyyatında ciddi şəkildə qeyri-müəyyənliyin olmasıdır. Digər tərəfdən, müxtəlif ölkələrə, əsasən də Rusiyaya qarşı sanksiyaların artması qızılla ödənişləri aktuallaşdırır:

"Son zamanlar Rusiyanın Mərkəzi Bankı dünyada ən çox qızıl alan banklardan birinə çevrilib. Bu da ondan xəbər verir ki, sanksiyalara görə artıq dünyada qızılla müəyyən ödənişlərin edilməsi praktikası genişlənir. Bu da qızılın qiymətinin artmasına səbəb olur".

İqtisadçı vurğulayıb ki, Azərbaycanın qızıl bazarı dünya qızıl qiymətlərindən asılı vəziyyətdədir. Dünyada qızılın qiyməti artan kimi bizdə də bahalaşma olur:

“Hazırda qızıl bazarında qiymətlərin hər qrama görə 3-4 dollar artdığının şahidi oluruq. Amma bizdə alıcılıq qabiliyyəti də nəzərə alınır. Yəni satıcı qızılın qiymətini artıra bilər, amma alıcılıq qabiliyyəti yoxdursa, o qazanc əldə etməyəcək".

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar