Ru
12:26 / 27 May 2024

Qucağında uşaqla maşın sürdü - DYP hərəkətə keçdi - ANBAAN VİDEO

6456
Ötən gün aeroport yolunda təhlükəli anlar yaşanıb.

Bakupost.az “Baku.ws”ə istinadən xəbər verir ki, yayılan görüntülərdə sürücünün “Toyota Prius” markalı avtomobili qucağındakı azyaşlı ilə birgə idarə etdiyini görmək mümkündür. Baş verənlər digər sürücüləri təşvişə salıb.

Hadisə ilə bağlı Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, sürücü özü ilə yanaşı uşağın da həyat və sağlamlığını düşünməyib: “Sözügedən videoda açıq-aşkar görünür ki, nəqliyyat vasitəsinin, sükanın idarəsi sürücüdən başqa həm də uşağa həvalə olunub. Bu, birmənalı olaraq kobud qayda pozuntusudur. Nəzərə almır ki, nəqliyyat vasitəsinin belə idarə olunması sonra arzuolunmaz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Qeyd olunan videodakı sürücü tərəfimizdən araşdırılır. Onunla bağlı qanunvericiliyə müvafiq tədbirlər həyata keçiriləcək. Qayda pozuntusu inzibati məsuliyyət yaradır. Eləcə də həmin sürücü və azyaşlı ilə profilaktik söhbətlər aparılacaq”.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər