Ru
19:10 / 20 İyul 2025

Razılaşma pozuldu: Şeyxin döyüşçüləri təhlükəsizlik qüvvələrinə ATƏŞ AÇDI

Razılaşma pozuldu: Şeyxin döyüşçüləri təhlükəsizlik qüvvələrinə ATƏŞ AÇDI
Eye

Suriyanın Əs-Suveyda vilayətində vəziyyət yenidən gərginləşib.

Bakupost.az xəbər verir ki, Şeyx Hikmat əl-Hicri ilə Suriya təhlükəsizlik qüvvələri arasında imzalanan razılaşmanın şərtlərinə əməl olunmur.

Həmin razılaşmaya əsasən (bəzi mənbələrə görə, bu razılaşma ABŞ və İsrail tərəfindən dolayı yolla dəstəklənib) təhlükəsizlik qüvvələrinin Əs-Suveyda inzibati sərhədlərinin kənarında yerləşməsi nəzərdə tutulurdu. Bu, druz icmasının üzvlərini mümkün hücumlardan qorumaq məqsədi daşıyırdı.

Lakin yerli mənbələrin yaydığı məlumatlara görə, Şeyx əl-Hicriyə bağlı silahlı dəstələr razılaşmaya tabe olmur. Onlar şəhər ərazisinə daxil olmağa çalışan təhlükəsizlik qüvvələrinə atəş açıblar. Hadisə razılaşmanın açıq şəkildə pozulması kimi qiymətləndirilir və atəşkəs rejimini ciddi təhlükə altına alır.

Bölgədə yenidən toqquşmaların baş verəcəyi istisna olunmur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar