ABŞ Prezidenti Donald Tramp razılaşmanın şərtləri yerinə yetirilmədiyi halda İrana qarşı zərbələrin yenidən başlayacağını bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
Onun sözlərinə görə, razılaşma pozularsa, ABŞ daha güclü və genişmiqyaslı hücumlara başlayacaq.
Tramp bildirib ki, ABŞ-a məxsus hərbi gəmilər, təyyarələr və hərbçilər razılaşma tam yerinə yetirilənə qədər İran ətrafında qalacaq.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, İranın nüvə silahı olmayacaq və Hörmüz boğazı açıq qalmalıdır.
Digər tərəfdən, İran rəsmiləri isə nüvə proqramı ilə bağlı bəzi məsələlərdə ABŞ ilə fərqli mövqe nümayiş etdirirlər.
Röya Rizvanzadə, BakuPost