Ru
16:32 / 22 Sentyabr 2022

Rəisinin BMT-dəki çıxışı boykot olundu - VİDEO

Rəisinin BMT-dəki çıxışı boykot olundu - VİDEO
Eye

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan və Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Alimi İran prezidenti İbrahim Rəisinin çıxışı zamanı etiraz əlaməti olaraq BMT Baş Assambleyasını tərk ediblər.


Bakupost.az xəbər verir ki, Gilan Erdan Rəisinin bir neçə gün əvvvəl Holokostla bağlı səsləndirdiyi bəyanatlara etiraz əlaməti olaraq iclas zalını tərk edib.


Eyni zamanda, Rəşad əl-Alimi Yəmənin Ənsarullah (Husi) hərəkatına dəstəyi davam etdirdiyi üçün Rəisinin çıxışına etiraz edib.


Əl-Alimi Yəmən nümayəndə heyətinin digər üzvləri ilə birlikdə BMT Baş Assambleyasının iclas zalını tərk edib.


Husilər 2014-cü ilin sentyabrından Yəmənin paytaxtı Səna şəhəri və ölkənin bir sıra digər bölgələrinə nəzarət edir.


Qeyd edək ki, bir neçə gün əvvəl İbrahim Rəisi "Holokostun həqiqətən baş verib-vermədiyini təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var" deyib.



Fərid
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar