Ru
20:43 / 17 Sentyabr 2026

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib.

“Sazişə istinad etməyək, bəs nə edək? Artıq saziş Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun hesab edilib və təsdiq üçün Milli Məclisə göndəriləcək”, – Paşinyan qeyd edib.

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov bu layihənin Azərbaycanın yaratdığı geosiyasi vəziyyətlə bağlı olduğunu bildirdi.

“Təbii ki, bu təşəbbüs də rəsmi Bakıdan gəlir. Zəngəzur dəhlizi anlayışını biz 10 noyabr 2020-ci il tarixində qəbul olunmuş üçtərəfli bəyanatdan bildik. 9-cu bənddə bu haqda ətraflı məlumat verilib.


Ermənistan, təbii ki, buna hazır idi. Ermənistanın Baş naziri Nikol Paşinyan həmin vaxt sənədə qol çəkibsə, deməli, onun bundan xəbəri var. Əlbəttə ki, bu marşrut regionumuzun qlobal inteqrasiyasında böyük rol oynayacaq.

Ermənistanın başlatdığı müharibə ucbatından uzun müddət regionumuzun inteqrasiya imkanları ilə bağlı məhdudiyyətlər yaranmışdı. Azərbaycan buna rəğmən fəal xarici siyasət yürüdüb, yeni layihələr ərsəyə gətirirdi. Ermənistan da bənzər addımlar atsaydı, bəlkə də, bu proses daha erkən baş verərdi. Lakin Ermənistan öz xeyrindən qaçırdı.

İndi də ABŞ layihəyə qatıldıqdan, Vaşinqton görüşü baş tutduqdan sonra bəlli oldu ki, beynəlxalq qüvvələrin də bu prosesdə marağı var.

Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. 17 bəndlik öhdəlik var və İrəvan hələlik hərəkətə keçməyib. Biz indi görürük ki, Ermənistan rəhbərliyi özünü təmizə çıxarmağa çalışır. Bununla belə, İrəvanın başqa yolu yoxdur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar