Ru
10:44 / 09 Aprel 2024

Ronaldo matçın hakiminə yumruq qaldırdı - Qırmızı vərəqə aldı - FOTO

3517
Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçında "Əl Hilal" "Əl Nassr"ı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra Kriştianu Ronaldonun hakimə qarşı hərəkəti böyük reaksiyalara səbəb olub.

Bakupost.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçında Xorxe Xesusun komandası "Əl Hilal" və Luis Kastronun çalışdırdığı "Əl Nassr" komandaları üz-üzə gəlib.

Mohamed Bin Zayed Stadionunda keçirilən görüşdə "Əl Hilal" 2-1 hesabı ilə qalib gəlib.

Mavi-ağlı komandaya qələbə qazandıran qollar 61-ci dəqiqədə Salem Al Dawsari, 72-ci dəqiqədə isə Malkom vurub.

“Əl Nassrı”n yeganə qolunu 90+9-cu dəqiqədə Sadio Mane vurub.

86-cı dəqiqədə qarşılaşmanın qarşısını alan insident baş verib. "Əl Nassrı”da çıxış edən dünyaca məşhur ulduz Kriştiano Ronaldo birbaşa qırmızı vərəqə alaraq oyundan kənarda qalıb.

Belə ki, 39 yaşlı futbolçu karyerasında Səudiyyə Ərəbistanında ilk qırmızı vərəqəsini alıb.

Ronaldo qırmızı vərəqə qərarından sonra matçın hakiminə yumruğunu qaldırarkən görüntülənib. Ulduz futbolçunun bu hərəkəti sosial şəbəkədə çox müzakirə olunub.

"Fənərbağça"nın sabiq baş məşqçisi Xorxe Jesusun çalışdırdığı "Əl Hilal" bütün yarışlarda ardıcıl 33-cü qələbəsini qazanaraq dünya futbol tarixinə düşən rekordunu yeniləyib.



Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər