Ru
12:37 / 05 Dekabr 2022

Rusiya etirazları yatırmaq üçün İrana mütəxəssislər və texnika göndərdi

1756
Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus TU-154M təyyarəsi şənbə günü səhər Tehranın Mehrabad hava limanına eniş edib.

Bakupost.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, təyyarənin İranda xalq etirazlarını yatırmaq üçün rusiyalı hərbi məsləhətçiləri və müvafiq avadanlıqları daşıdığı bildirilir.

Qeyd olunur ki, təyyarə gecə isə boşaldılıb və bazar günü axşam saatlarında Tehrandan Moskvaya yola düşüb.

Rusiyanın etirazları dağıtmaq üçün İrana motosikletlər, zirehli geyim və dəbilqələr, rabitə avadanlıqları, polis qalxanları, elektrik şokedici, “peyntbol” silahları, saçma güllələr və müxtəlif gözyaşardıcı qazlar göndərdiyi bildirilir.

Təyyarə boşaldılan zaman hava limanının ərazisi tamamilə mühafizə altına alınıb. Orada yalnız SEPAH qüvvələri və bir neçə yüksək rütbəli polis əməkdaşı olub.

Zaur
BakuPost
Şərhlər
  • t.ədalət

    İranı Azərbaycana qarşı fitnəkarlığa hazırlayanın Putin olduğu göz önündədir.Türkiyə ilə münasibətlərin korlanmasından ehtiyat edən Putin özü kənara çəkilərək İranı irəliyə verir.Xomeyni hakimiyyəti qurulan andan İran Fransa və Rusiyanın idarəsinə keçib.Məlun farslar Rusiyanın istəyi ilə Qarabağda bizə qarşı döyüşə girə bilər.Lakin Türkiyənin qorxusu onları hərəkət etməyə qoymur.Ola bilsin ki,Putin İranda Azərbaycan türkləri ilə kürdlərin arasında da nifaq salsın.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər