Ru
13:36 / 01 Fevral 2025

Rusiya fevralın 5-dən qanunsuz miqrantları deport edəcək

Rusiya fevralın 5-dən qanunsuz miqrantları deport edəcək
1220

Fevralın 5-dən etibarən qeyri-qanuni miqrantların Rusiyadan çıxarılmasına başlanılacaq.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

O, miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı fevralın 5-dən qüvvəyə minəcək iki dəyişikliyi açıqlayıb. Bunlardan birincisi qeyri-leqal miqrantların ölkədən çıxarılması ilə bağlıdır.

İkincisi isə ölkəyə giriş və çıxış qaydalarının pozulmasına görə, həmçinin nəzarət edilən şəxslərin reyestrinə daxil edilmiş miqrantlara göstərilməsi qadağan edilən xidmətlərlə bağlı inzibati məsuliyyətin tətbiqidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar