Ru
13:50 / 25 Noyabr 2026

Rusiya ilə İranın Azərbaycan üzərindən qaz nəqli Bakıya nə vəd edir?

Rusiya ilə İranın Azərbaycan üzərindən qaz nəqli  Bakıya nə vəd edir?
Eye

Rusiya Prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Moskvada keçirilən son görüşdə Azərbaycan barəsində də danışıblar. Rusiya və İran iki ölkənin enerji sahəsində əməkdaşlığını, o cümlədən Azərbaycan üzərindən qaz nəqli məsələlərini ətraflı müzakirə ediblər.

“Bakupost” xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali TASS-a açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, qaz kəmərinin tikintisini nəzərdə tutan uzunmüddətli layihə ilə yanaşı, qısamüddətli əməkdaşlığın inkişafı üçün Azərbaycan üzərindən svop üsulu ilə qaz nəqli variantı da müzakirə edilib.

Azərbaycan üzərindən keçilməsi gözlənilən sözügedən qaz nəqli hazırki gərgin beynəlxalq durumda ölkəmizi sanksiya risklərilə üz-üzə qoya bilərmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Bakupost”a bildirib ki, sözügedən məsələnin reallaşması sual altında olduğundan, onun Azərbaycan üçün müəyyən risklər yaradacağı da gözlənilmir:
“Əslində bu məsələ yeni deyil. İlk dəfə məsələ ilə bağlı 2024-cü ilin iyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda razılıq əldə edilib. Hətta Tehranla Moskva bununla bağlı memorandum da imzalayıb. Sonrakı illərdə isə məsələ ildə azı iki dəfə gündəmə gətirilir”.

Müsahibimizin sözlərinə görə, artıq üzərindən 30 ay keçsə də, məsələdə cüzi tərpəniş belə yoxdur:

“Təklif hələ ki, söz olaraq deyilməkdən o yana keçməyib”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar