Rusiyanın pilotsuz uçuş aparatları (PUA) hava hücumundan müdafiə sistemlərinin olmasına baxmayaraq, mayın 24-nə keçən gecə Ukrayna hərbi obyektlərinə maneəsiz çatıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu aviasiya üzrə ekspert Konstantin Krivolap bildirib.
Ekspertin sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiəsi müqavimət göstərməyib və bu, pilotsuz təyyarələrin strateji hədəflərə, o cümlədən hərbi fabriklərə maneəsiz yaxınlaşmasına imkan verib. Krivolap vurğulayıb ki, bu hadisə müdafiə sistemlərinin işində ciddi problemlər olduğunu göstərir.
"Hətta müqavimət göstərmək cəhdi də olmadı. PUA-lar sakitcə hərbi zavodun ərazisinə uçdu və bu, sistemlərimizin effektivliyini şübhə altına alır", - Krivolap qeyd edib.
Zaur,
BakuPost