Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib.
Bakupost.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına raket atılıb. Zərbə nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb.
Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib.
Xatırladaq ki, Zelenski Müstəqillik Günündə Rusiyanın mümkün ağır zərbələri ilə bağlı dünən ölkə vətəndaşlarına xəbərdarlıq etmişdi.