Son günlər Rusiya mətbuatı Azərbaycana turlara tələbin kəskin azalması və hətta turpaketlərdən kütləvi şəkildə imtina olunması barədə məlumatlar yayır.
Bakupost.az xəbər verir ki, Rusiya Turizm Sənayesi İttifaqının prezidenti İlya Umanski öz teleqram kanalında bu məlumatları təkzib edib:
“Azərbaycana turların bronlaşdırılmasının 30-40% azalması barədə xəbərlər yayılırdı. Biz Rusiya Turizm Sənayesi İttifaqında tur operatorlarının məlumatlarını yoxladıq və bu məlumat təsdiqlənmədi. Bronlaşdırmalarda azalma yoxdur. Ləğvlər isə tək-tək, normal çərçivədədir”.
Penzadakı turizm agentliklərindən birinin direktoru İrina Malkina da Azərbaycana turların ləğv edilmədiyini bildirib.
Aysel,
BakuPost