Ru
22:27 / 07 İyul 2025

Rusiyalı nazirin müəmmalı ölümü: ərazidəki kameralar...

Rusiyalı nazirin müəmmalı ölümü: ərazidəki kameralar...
Eye

Rusiya Federasiyasının sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünün heç bir detalı müşahidə kameralarına düşməyib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “VÇK-OGPU” Teleqram kanalı yayıb.

Mənbənin bildirdiyinə görə, nə Starovoytun evdən çıxması, nə avtomobilə minməsi, nə də hadisənin başvermə anı kameralar tərəfindən qeydə alınmayıb. Hadisənin bütün mərhələləri ya şəhər kameralarının “kor zonasında”, ya da ümumiyyətlə, onların əhatə dairəsindən kənarda baş verib.

Hüquq-mühafizə orqanlarının ixtiyarında sadəcə avtomobilin hərəkətinə dair video görüntülərdən ibarət parçalar var.

Qeyd olunur ki, həmin videolara baxan əməkdaşlar artıq işlərini tamamlayıb və hazırda Starovoytun ölümü ilə bağlı aparılan araşdırmalarda iştirak etmirlər.

Roman Starovoytun müəmmalı şəkildə həlak olması Rusiya ictimaiyyətində ciddi suallar doğurub. Onun ölümü ilə bağlı rəsmi açıqlama verilsə də, müşahidə kameralarının susqunluğu versiyaların sayını artırır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar