Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:50 / 09 İyul 2024

Rusiyanın Kiyevə dəhşətli hücumu - Ölənlərin sayı artdı - FOTO

1952
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə təşkil etdiyi hücumlarda ölənlərin sayı artıbb.

Bakupost.az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücumda həyatını itirənlərin sayı 4-ü uşaq olmaqla 38-ə, yaralıların sayı isə 190-a yüksəlib.

Dağıntılar altında qalan ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.




Ukrayna prezidenti Vladimir Zelenki sosial media hesabındakı paylaşımında uşaq xəstəxanası, evlər, uşaq bağçaları, doğum evi, məktəb və biznes mərkəzi də daxil olmaqla 100 məntəqənin zərər gördüyünü bildirib:

“Rusiya terrorçuları buna görə cavab verməlidirlər. Biz Rusiya raketlərini vurmalıyıq. Rusiya döyüş təyyarələri məhv edilməlidir. Heç bir təhlükəsizlik boşluğu buraxmayacaq güclü addımlar atılmalıdır. Dünyanın bunun üçün lazım olan gücü var. Bunu bizim tərəfdaşlarımız edə bilər. Mümkün qədər tez həll yolları lazımdır", - deyə əlavə edib.



ABŞ prezidenti Co Bayden Rusiyanın hücumu ilə bağlı yazılı açıqlama verib.


Bayden, "Rusiyanın onlarla ukraynalı mülki vətəndaşın ölümünə səbəb olan raket hücumları, Kiyevin ən böyük uşaq xəstəxanasında zərər və can itkisinə səbəb olması Rusiyanın qəddarlığının dəhşətli bir xatırlatmasıdır. Dünya bu mühüm anda Ukraynanın yanında olmağa davam etməlidir. ABŞ Ukrayna xalqının yanındadır", deyə qeyd edib.




Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar