Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə AFP agentliyi diplomatlara istinadən məlumat yayıb.
Aİ ölkələrinin XİN başçılarının bunu mayın 20-də təsdiqləyəcəkləri gözlənilir.
Daha əvvəl Avropa Komissiyasının 60 fiziki şəxs və təşkilatın, həmçinin Rusiya neftini daşıyan 150 tankerin qara siyahıya daxil edilməsini təklif etdiyi bildirilmişdi.