Ru
16:54 / 14 May 2025

Kimsə məni söysə, yenə öldürərəm - 10 il həbsdə olan idmançı Səringül - VİDEO

Kimsə məni söysə, yenə öldürərəm - 10 il həbsdə olan idmançı Səringül - VİDEO
Eye

20 yaşında söyüş üstündə adam öldürən idmançı qız Səringül Ramazanova 10 illik həbsdən sonra azadlığa çıxıb və əməlindən peşman olmadığını nümayiş etdirib.

Bakupost.az xəbər verir ki, Ramazanova bu barədə jurnalist Nail Kəmərliyə verdiyi müsahibədə danışıb.

“Elə oğlanlar var, var-yoxu söyülür, amma deyir, “qardaş, sən deyəndir”. Amma mən şəxsən xanım olmağıma baxmayaraq, bunu demərəm. 10 il yatmışam, innən belə də kimsə söysə, gözümmü yumaram, 20 il də alsam, yenə də onu öldürüb gedərəm. Çünki mən söyüşü bağışlamıram”, - deyə o bildirib.

Qeyd edək ki, onun törətdiyi qətl hadisəsi 2014-cü il oktyabrın 10-da Abşeron rayonunun Novxanı qəsəbəsində baş verib. Xaçmaz rayon sakini Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədova boyun nahiyəsindən bıçaqla xəsarət yetirib. A.Məmmədov aldığı xəsarətlər nəticəsində oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

Məlum olub ki, Səringül Novxanı qəsəbəsində kafelərdən birində ofisiant işləyib. Hadisə baş verən günü Anar onu zorlamaq istəyib. Bu zaman da qanlı cinayət hadisəsi törədilib.

İstintaqa ifadə verən Səringül Ramazanova hadisənin təfərrüatını belə açıqlayıb:

“Məni təhqir etdi, dedim ki, Anar, o söyüşü sənə yedizdirəcəyəm. Sonra məni sillələməyə başladı. Bu, mənə lap pis təsir etdi, bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə, obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü. Peşman deyiləm. Özümü təqsirli sayıram, amma peşmançılıq çəkmirəm. Başqası olsaydı da, eyni şeyi edərdim”.

Xatırladaq ki, S.Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olub.


Lalə,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar