Yay ayları yaxınlaşdıqca istirahət planları gündəmə gəlir. İsti yay günlərində dincəlmək, yeni mədəniyyətlər kəşf etmək üçün hansı iqtiqamətlərin daha populyar və sərfəli olduğunu araşdırdıq.
Turizm üzrə mütəxəssis Ruslan Quliyev
Bakupost.az -a açıqlamasında bildirdi ki, Türkiyə hər zamankı kimi ənənəvi və aktiv istiqamət olaraq qalır:
"Adətən aprel-may aylarından erkən rezervasiyalar edilir. Türkiyə ənənəvi iqtiqamət olaraq qalır, yeni istiqamət Monteneqrodur. Mayın sonuna qədər Misir və Dubay da aktualdır. Lakin isti ölkələrə səfərlər əsasən, sentyabr ayından başlayır. Yunanıstana səfərlər də günü-gündən artır. Hazırda müalicə turizmi baxımından Sloveniya və Minvod kurortları aktualdır. Ölkə daxilində isə həftəsonu turlarına kifayət qədər tələb var".
Ekspertin sözlərinə görə, xüsusilə büdcəsi məhdud olan turistlər üçün uyğun təkliflər erkən rezervasiya zamanı daha əlçatan olur:
“Müxtəlif istiqamətlərdə qaynar turlar təklif olunur, amma burada diqqətli olmaq vacibdir. Aldadılmamaq üçün tur paketləri ilə bağlı araşdırma aparmaq, dostlardan tövsiyə almaq məsləhətdir. Erkən rezervasiya etdirən turistlər həm sərfəli qiymətlərlə, həm də daha geniş seçimlərlə qarşılaşa bilərlər”.
Qiymətlər və təkliflər fərqli büdcələrə uyğun dəyişir. Aşağıda 15–22 iyun tarixləri üçün mövcud olan bəzi Bodrum turlarının detalları təqdim olunur.
Tur paketlərinə aşağıdakılar daxildir:
– Gediş-dönüş aviabiletləri
– 5 ulduzlu otellərdə yerləşmə
– Qidalanma (All Inclusive və ya Ultimate All Inclusive)
– Aeroport-otel-aeroport transferləri
Qiymətlər iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb.
1. Green Bay Resort & Spa 5* – Güvəcənlik bölgəsi
– Otaq tipi: Standart (Land View)
– Qidalanma: Məhdudiyətsiz hər şey daxil (Ultimate All Inclusive)
– Qiymət: 680 ABŞ dolları
2. Bodrum Holiday Resort 5* – İçmələr bölgəsi
– Otaq tipi: Club Double Room
– Qidalanma: Hər şey daxil (All Inclusive)
– Qiymət: 699 ABŞ dolları
3. Selectum Collection Bodrum (keçmiş Kairaba Bodrum Imperial) 5* – Akyarlar bölgəsi
– Otaq tipi: Standart (Garden View)
– Qidalanma: Məhdudiyətsiz hər şey daxil
– Qiymət: 900 ABŞ dolları
Aşağıda 13–19 iyun tarixləri üçün Monteneqroya təqdim olunan iki variant yer alır. Hər iki paketə aviabilet, otel, səhər yeməyi və transfer daxildir. Qiymətlər iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb.
1. Hotel California 5* – Sveti Stefan – Pržno bölgəsi
– Otaq tipi: Superior, dağ mənzərəli
– Qidalanma: Səhər yeməyi (Bed & Breakfast)
– Qiymət: 1235 avro
2. Huma Kotor Bay (keçmiş Allure Palazzi Kotor Bay) 5* – Kotor şəhəri
– Otaq tipi: Klassik otaq
– Qidalanma: Səhər yeməyi (Bed & Breakfast)
– Qiymət: 1335 avro
Turların qiymətləri otelin yerləşdiyi bölgəyə, təklif olunan xidmət səviyyəsinə və qidalanma rejiminə əsasən dəyişir. Həmçinin qeyd olunan təkliflər yaxın tarixlər üçün nəzərdə tutulub. Məsələn avqust-sentyabr ayları üçün qiymətlər daha münasib ola bilər.
Aysel,
BakuPost