Ru
13:58 / 16 Yanvar 2026

İran Türkiyəni hədələdi – ABŞ bazaları legitim hədəf elan edildi

İran Türkiyəni hədələdi – ABŞ bazaları legitim hədəf elan edildi
Eye

İran ABŞ tərəfindən hər hansı hücum olacağı təqdirdə bölgədəki Amerika hərbi obyektlərinə cavab zərbələri endirilə biləcəyi barədə xəbərdarlıq edib.

Bakupost.az xəbər verir ki, xüsusilə Adanadakı İncirlik Hava Bazası və Malatya vilayətindəki Kürecik radar bazasının adı mümkün hədəflər sırasında çəkilir.

İran rəsmilərinin açıqlamalarında Türkiyə, Qətər və Səudiyyə Ərəbistanında yerləşən ABŞ bazaları “legitim hədəf” kimi təqdim olunub.

İranın Türkiyədə yerləşən ABŞ hərbi obyektlərini hədəf ala biləcəyi ehtimalı Türkiyə mediasında geniş müzakirə olunur və ölkə gündəminin əsas mövzularından birinə çevrilib. İncirliklə yanaşı, NATO-nun raketdən müdafiə sisteminin əsas elementlərindən biri olan Kürəcik radar bazasının da gündəmə gəlməsi təhlükəsizlik narahatlıqlarını artırıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar