Ru
13:45 / 16 Yanvar 2026

“MEDİA mətbuata etimadı artırdı” - BDU-nun dekanı

“MEDİA mətbuata etimadı artırdı” - BDU-nun dekanı
Eye

MEDİA-nın fəaliyyətə başlamasından ötən 5 il ərzində Azərbaycanda media sahəsində institusional islahatlar, hüquqi çərçivənin təkmilləşdirilməsi və peşəkar jurnalistikanın təşviqi istiqamətində mühüm addımlar atılıb.

Bu sözləri Bakupost.az -a Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

O bildirib ki, bu dövr ərzində agentlik dövlət–mətbuat münasibətlərində yeni əməkdaşlıq modelinin formalaşmasına, media sektorunun davamlı inkişafına və informasiya mühitinin sağlamlaşdırılmasına əhəmiyyətli töhfələr verib:

“MEDİA tərəfindən həyata keçirilən əsas istiqamətlərdən biri “Media haqqında” Qanunun tətbiqinin təmin olunmasıdır. Praktiki tətbiq mərhələsində qanun informasiya bazarında nizamsızlığın aradan qaldırılmasına, peşəkarlıq meyarlarının önə çəkilməsinə və ictimai etimadın artmasına müsbət təsir göstərib.

Agentliyin fəaliyyəti nəticəsində Azərbaycanda media mühitinin sağlamlaşması prosesi sürətlənib. Dezinformasiya və qeyri-peşəkar fəaliyyət hallarının qarşısının alınması, etik standartların təşviqi və keyfiyyətli məzmunun prioritetləşdirilməsi medianın cəmiyyət qarşısında məsuliyyətini artırıb. Agentlik eyni zamanda media subyektləri üçün müsabiqələrin keçirilməsi və maliyyə dəstəyinin ayrılması mexanizmlərini formalaşdıraraq sektorda iqtisadi dayanıqlığın gücləndirilməsinə töhfə verib. Layihə əsaslı maliyyələşmə medianın tematik ixtisaslaşmasını, regional medianın inkişafını və sosial əhəmiyyətli mövzuların işıqlandırılmasını stimullaşdırıb.

Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin nümayəndələri üçün yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə mütəmadi təlimlər və seminarlar təşkil olunur. Bu tədbirlər jurnalistlərin peşə bacarıqlarının artırılması, rəqəmsal media alətlərinin mənimsənilməsi, faktların yoxlanılması, münaqişə və həssas mövzuların işıqlandırılması kimi sahələrdə bilik və təcrübənin genişləndirilməsinə yönəlib.

Ümumilikdə, MEDİA İnkişaf Agentliyinin 5 illik fəaliyyəti Azərbaycanda müasir, peşəkar və məsuliyyətli media mühitinin formalaşdırılması istiqamətində sistemli yanaşmanın tətbiq olunduğunu göstərir”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar