Ru
17:17 / 11 İyun 2024

Ruslar daha 2 yaşayış məntəqəsini ələ keçirdi

1286
Rusiya Müdafiə Nazirliyi Ukraynada iki yaşayış məntəqəsinin ordu tərəfindən nəzarətə götürüldüyünü açıqlayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ordusunun "Qərb" Hərbi Qrupu bölmələrinin fəal hərəkətləri nəticəsində tanınmayan "Luqansk Xalq Respublikası"nın Artyomovka və Xarkov vilayətinin Timkovka qəsəbəsi azad edilib.

Açıqlamada həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 1 ədəd "Su-27" və 1 ədəd "Su-25" tipli döyüş təyyarəsinin məhv edildiyi, 45 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.

Hərbi əməliyyat başlayandan indiyədək Ukrayna ordusuna aid 613 təyyarə, 276 helikopter, 25 min 559 PUA, 528 hava hücumundan müdafiə sistemi, 16 min 312 tank və zirehli texnika, 1332 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 10 min 332 haubitsa və 2 min minaatan və 445 xüsusi hərbi maşın məhv edilib.

Rusiyanın müdafiə naziri Andrey Belousov Ukraynada 28 yaşayış məntəqəsinin may ayında Rusiya hərbi qüvvələri tərəfindən ələ keçirildiyini bildirib. Onun sözlərinə görə, bu il ümumilikdə 880 kvadrat kilometr ərazi Rusiya ordusunun nəzarətinə keçib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər