Ru
16:39 / 18 Aprel 2024

"Rusların getməsi digər hədəflərə çatmağa zəmin yaradır” - ŞƏRH

1722
Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.

Sulhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədinin - Xudavəng monastrının ərazisindən çıxıb. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.




Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə Bakupost.az -a deyib ki, Rusiya sülhməramlılarının Azərbaycanda müvəqqəti olduğu əvvəldən bəlli idi:

“Sülhməramlılar Azərbaycan torpaqlarına daxil olanda əmin idim ki, bu, müvəqqəti tədbirdir. Belə də oldu. Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması böyük tarixi və əlamətdar hadisədir”.




Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli qeyd edib ki, Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi böyük hadisədir:

“Bu tarixi uğurumuzu 44 günlük Vətən müharibəsi ilə başlayan və torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası prosesinin son nöqtəsi də hesab etmək olar. Rusların getməsi qarşımızda dayanan digər böyük hədəflərimizə çatmağa zəmin yaradır”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər