Ru
13:35 / 02 Avqust 2024

Rza Rzayev azadlığa buraxıldı

Rza Rzayev azadlığa buraxıldı
Eye

Xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev vaxtından əvvəl azadlığa buraxılıb.

Bakupöost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsi məhkumun müraciəti əsasında belə qərar qəbul edib.

R. Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib.

Hakim İlham Cəfərzadə qərar qəbul edərkən məhkumun cəzasının yarısından çoxunu çəkdiyini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və digər halları nəzərə alıb.

Qeyd edək ki, Rza Rzayev “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar