Ru
19:57 / 15 Avqust 2024

Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq
Eye

Sabah Bakının Nəsimi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bakupost.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, “Alatava” qaz paylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektora “Mikrorayon 500 mm-lik” əhali qaz kəmərinin birləşdirilməsi məqsədi ilə avqustun 16-da saat 09:30-dan işlər yekunlaşanadək “Mikrorayon” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Nəsimi rayonunun 20 Yanvar, Asəf Məhərrəmov, Mircəlal, Eldar Tağızadə küçələrinin və Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar