Sabirabadda 33 yaşlı qadın kimyəvi maddədən zəhərlənib.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva Aygün Zöhrab qızı heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparat içərək zəhərlənib.
Qadın ağır vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır.