Ru
15:20 / 11 Sentyabr 2019

Sağlamlığın ən güclü düşmənləri - SİYAHI

90918

"Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə sağlamlığın ən güclü düşmənlərinin siyahısını açıqlayıb.


BakuPost.az
həmin siyahını təqdim edir:


1. Ölü qidalar: bişmiş xörəklər, çörək və digər un məmulatları, mürəbbələr, şorabalar, qurudulmuş və hisə qoyulmuş ətlər və balıqlar, yağlar, qaymaqlar, pendir, kəsmik, qatıq, süzmə, şor, şəkər, şirniyat, çay, kofe, kako, qablaşdırılmış sular və şirələr.


2. Uzlaşmayan qidaların qarışdırılması.


3. Normadan artıq və ya əskik yemək, mədaxil-məxaric (daxil olan qida və çıxan enerji) balansının pozulması.


4. Spirtli içkilər.


5. Papiros çəkmək.


6. Narkotik maddə qəbul etmək.

7. Dini xurafat, ateizm və nihilizm.

8. Kimyəvi preparatlar.

9. İdman yarışları və digər yarışlar, müsabiqələr, konkurslar.

10. Hərəkətsizlik.

11. Zehni işlə fiziki işin balansının pozulması.

12. Tədris proqramının lüzumsuz fənnlərlə yüklənməsi.

13. İş saatının uzun olması.

14. Qızmar günəş altında işləmək.

15. Yemək hərisi olmaq.

16. İçki hərisi olmaq.

17. Pul, var-dövlət hərisi olmaq.

18. Vəzifə hərisi olmaq, şöhrətpərəstlik.

19. Kolleksiya yığmaq, əşyabazlıq.

20. Modabazlıq,

21. Mütilik, bədxahlıq, paxıllıq, yaltaqlıq, düşmənçilik, qısqanclıq, xəbərçilik, simiclik, bədxərclik, lovğalıq, qaraqabaq olmaq.

22. Əyyaşlıq və şorgözlük, fahişəlik

23. Gec yatıb, gec durmaq.

24. Təbiətlə təmasda az olmaq, günəş işığından çəkinmək.

25. Gec evlənmək və gec ərə getmək.

26. Keser əməliyyatının köməyi ilə doğmaq.

27. Selikon və cərrah bıçağının köməyi ilə "gözəlləşmək", boyalardan və şampundan istifadə etmək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar