Ru
17:25 / 21 Sentyabr 2022

Şəhidin kənd boyda arzusunu “Azəriqaz” gerçəkləşdirdi - VİDEO

747
“Vətən uğrunda ölən varsa, vətəndir”- deyibən, 44 günlük haqq savaşında canından keçən Zahid Zayirovun adı doğulduğu Yardımlı rayonu, Dəlləkli kənd sakinlərinin qəlbinə həkk olunub.


Çünki məhz şəhidin ailəsinin müraciəti əsasında Zahidin həmkəndlilərinin də arzusu reallığa çevrilib.

20 yaşlı şəhidin ən böyük istəkləri sırasında yer alan Dəlləkli kəndinin qazlaşdırılması SOCAR "Azəriqaz" İB tərəfindən həyata keçirilib.

Bakupost.az bildirir ki, adıçəlikən kəndə 89 fərdi yaşayış yaşayış evi mövcuddur ki, bunlardan 5-ni şəhid ailələri və qazilər təşkil edir. Yardımlı rayonunun Dəlləkli kəndinə təbii qazın verilməsi ilə bağlı Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri sözügedən kənddə olublar. Şəhidlərimizin şahidlərindən olan qazi İlkin Ziyadovun da fərdi yaşayış evi həmin ailələrin siyahısında yer alıb. Qazimizin yaşadığı ünvana qaz xətti çəkilib və sayğac quraşdırılıb. Qeyd edək ki, kəndin qazlaşdırılması layihəsi çərçivəsində ümumilikdə 9474 metr müxtəlif diametrli yerüstü qaz xətləri çəkilərək 16 ədəd siyirtmə və qaztənzimləyici quraşdırılıb. Görülən işlər nəticəsində kənd sakinlərinin hər birinin qaz təchizatı şəbəkəsinə tam əlçatanlığı təmin edilib.


Daha ətraflı video materialda:


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər