Ru
22:20 / 12 Yanvar 2022

Sərhəddəki gərginliklə bağlı BƏYANAT

679
ATƏT-in Polşadakı hazırkı sədrliyi Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı dərin narahatlığını ifadə edir.

Bakupost.az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında dərc olunan bəyanatda deyilir.

“Biz güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-ə sədrlik edərək regionda davamlı sülhün qurulması və davamlı inkişafı təşviq etmək üçün səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləməyə sadiqdir.

Biz bununla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyirik. Biz həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Polşadan olan şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin işinin davam etdirilməsinə güclü dəstəyimizi bir daha bildiririk”, - deyə bəyanatda qeyd olunub.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər