Ru
19:16 / 18 Fevral 2023

Şərif Ağayar imza günü keçirdi - FOTOLAR

21349

Bu gün "Qanun" Nəşrlər Evində tanınmış yazıçı Şərif Ağayarın kitablarının imza günü keçirilib.

Yazıçı Bakupost.az -a açıqlamasında bildirib ki, "Qanun" Nəşrlər Evinin təşkil etdiyi kitab yarmarkasında onun “Ağ göl”, “Gülüstan”, “Arzulardan sonrakı şəhər”, “Haramı” romanları və “Arıların səssizliyi” adlı hekayələr kitabı satışa çıxarılıb:

"Oxucuların reaksiyası yaxşıdır. Kitabın mənəvi dəyərindən əlavə, onun bazarda da özünü təsdiqləməsi vacib şərtdir. Mən sevinirəm ki, kitablarıma daimi maraq var və onları alırlar".
Şərif Ağayar qeyd edib ki, adətən, kitablarının təqdimatı üçün xüsusi tədbirləri tez-tez keçirmir:

"Daim nəşriyyatdayam, sərgilərdəyəm, oxucularla ünsiyyətdəyəm. Lakin bu gün üçün özəl olaraq sosial şəbəkələrdə elan verdim və gəldim. Məni xeyli adam gözləyirdi. Yazıçı üçün bu, böyük işdir”.

Şərif Ağayar daha sonra kitab sərgisi barədə ümumi təəssüratını da bölüşüb:

“Doğrudur, kitablarımız ürəyimiz istəyən tirajla çap olunmur, ancaq əsas prosesin getməsidir. Proses gedir, həm də yaxşılığa doğru gedir. Kitaba maraq getdikcə artır. Bu bizi sevindirir. Yaxın gələcək üçün əyalətdəki böyük şəhərlərə də çıxmaq yaxşı olardı. Bu işdə dövlət də maraqlı olmalıdır. Məncə, inzibati resurslarla həm aidiyyatı nazirliklərə, həm də rayon rəhbərlərinə kitab sərgilərinin mütəmadi təşkili ilə bağlı xüsusi tapşırıqlar verilməli, yer məsələsində ciddi güzəştlər tətbiq olunmalıdır. Azərbaycanda mənim kimi yazıçının on min tirajla çap olunmaq potensialı var. Buna nail olmaq qələm adamının ədəbiyyatla yaşaması deməkdir. Ədəbiyyatın inkişafı və azad yazıçının yetişməsi üçün bu ən unikal yoldur”.
Əfsanə Rəcəb,
BakuPost
Şərif Ağayar imza günü keçirdi -  FOTOLAR
Şərif Ağayar imza günü keçirdi -  FOTOLAR
Şərif Ağayar imza günü keçirdi -  FOTOLAR
Şərif Ağayar imza günü keçirdi -  FOTOLAR
Şərif Ağayar imza günü keçirdi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər